Dünya

Kevin Medina “Qarabağ”dan getmir? – “Rakuv”la oyunlar üçün sifariş edildi

Sharing is caring!


“Qarabağ”da Kevin Medina müəmması davam edir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, kolumbiyalı müdafiəçinin Türkiyənin “Rizespor” klubuna transferi növbəti dəfə təxirə düşüb.

Yaxın günlərdə onun Super Liqa təmsilçisinə keçəcəyi gözlənilsə də, bu baş tutmayıb. Hətta “Qarabağ” stopperi Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın “Rakuv” klubuna qarşı keçirəcəyi oyunlar üçün sifariş də edib.

Düzdür, bu, transferə mane olacaq məqam deyil. Lakin onu göstərir ki, futbolçunun qalmaq ehtimalı var. Ümumiyyətlə, Ağdam klubu Medinaya əvəzləyici tapmayınca onu buraxmayacağını “Rizespor”a bildirib.

Xatırladaq ki, 2020-ci ilin yayından “Qarabağ”da çıxış edən 30 yaşlı futbolçunun “atlılar”la hələ iki illik müqaviləsi var.

Qeyd edək ki, Azərbaycan çempionu “Rakuv”a qarşı ilk oyununu iyulun 26-da səfərdə, cavab matçını avqustun 2-də evdə keçirəcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir