Dünya

İranda 97 yaşlı molla yüksək vəzifəyə təyin edildi – FOTO

Sharing is caring!


İran Ekspertlər Məclisinin sədri Əhməd Cənnəti 97 yaşında növbəti dəfə Konstitusiyaya Nəzarət Şurasının katibi vəzifəsində saxlanılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, Məhkəmə Elmləri və İnzibati Xidmətlər Universitetinin müəllimi Siyamək Rəhpeyk isə onun müavini seçilib.

Qeyd edək ki, Xameneyinin yaxın adamı olan Əhməd Cənnətinin adı 2019-cu ildən ABŞ-nin sanksiya tətbiq etdiyi şəxslər siyahısındadır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir