Dünya

“Mançester Yunayted”in futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçdi

Sharing is caring!


“Mançester Yunayted”in futbolçusu Aleks Telleş karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “Ən-Nəsr” sol cinah müdafiəçinin transferi ilə bağlı “qırmızı şeytanlar”la razılıq əldə edib.

Asiya təmsilçisi braziliyalı üçün qarşı tərəfə 4,5 milyon avro ödəyəcək. Eyni zamanda futbolçunun peformansından asılı olaraq bonuslar nəzərdə tutulub. 30 yaşlı müdafiəçi “Ən-Nəsr”də ilinə 7 milyon avro məvacib alacaq.

2020-ci ildən “Mançester Yunayted”in üzvü olan A.Telleş ötən mövsümü icarə əsasında İspaniyanın “Sevilya” klubunda keçirib.

“Ən-Nəsr” daha əvvəl “İnter”dən Marselo Brozoviçi heyətinə qatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir