Dünya

Çempionlar Liqası: Mərhələ adlayan ilk səkkiz komanda müəyyənləşdi

Sharing is caring!


UEFA Çempionlar Liqasında birinci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

“Report”un məlumatına görə, ilk gündə səkkiz görüş keçirilib.

Cütlərin qalibləri ikinci raunda yüksəliblər.

Estoniya “Flora”sına cavab matçında da qalib gələn Polşa klubu “Rakuv” ikinci mərhələdə “Qarabağ”ın potensial rəqibi olub.

Rumıniya çempionu “Farul” səfərdə Moldova “Şerif”inə böyük hesabla uduzaraq, turnirlə vidalaşıb.

UEFA Çempionlar Liqası
Birinci təsnifat mərhələsi, cavab oyunları
18 iyul

19:00. “Struqa” (Şimali Makedoniya) – “Jalgiris” (Litva) – 1:2
Qollar: Besart İbraimi, 76 (pen.) – Yuri Kendiş, 78, Medzit Neziri, 84 (avtoqol)
İlk oyun – 0:0

21:00. “Flora” (Estoniya) – “Rakuv” (Polşa) – 0:3
Qollar: Lukaş Zvolinski, 47, 59, Yannis Papanikolau, 85
İlk oyun – 0:1

21:00. “Makkabi” (Hayfa, İsrail) – “Hamrun” (Malta) – 2:1
Qollar: Erik Şuranov, 69, Frantzdi Pierrot, 84 – Jozef Mbonq, 32
İlk oyun – 4:0

21:00. “Şerif” (Moldova) – “Farul” (Rumıniya) – 3:0
Qollar: Amine Talal, 45+1, Jerom Nqom Mbekeli, 99, Peter Ademo, 105+1
İlk oyun – 0:1

22:00. BATE (Belarus) – “Partizani” (Albaniya) – 2:0
Qollar: Vladislav Malkeviç, 71, Aleksandr Şestyuk, 90+12
İlk oyun – 1:1

22:00. TNS (Uels) – “Haken” (İsveç) – 0:2
Qollar: İbrahim Sadiq, 19, Mamadu Sonko, 90+1
İlk oyun – 1:3

22:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Urartu” (Ermənistan) – 2:3 (Penaltilərlə – 4:3)
Qollar: Nemanya Bilbiya, 27, Tomislav Kiş, 94 (pen.) – Narek Qriqoryan, 74, 90+1, Artyom Maksimenko, 105+3
İlk oyun – 1:0

23:15. “Breydablik” (İslandiya) – “Şemrok Rovers” (İrlandiya) – 2:1
Qollar: Ceyson Svantorsson, 16, Höskuldur Qunnlauqsson, 58 – Qraham Burke, 65
İlk oyun – 1:0

Qeyd edək ki, digər cavab oyunları iyulun 19-da keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir