Dünya

Yunanıstanda şiddətli meşə yanğınları səbəbindən bir neçə kənd boşaldılıb – FOTO/VİDEO

Sharing is caring!


Yunanıstanın paytaxtı Attikanın Kuvara şəhərində və Korinf körfəzi sahilindəki Loutraki şəhəri yaxınlığında güclü meşə yanğınları baş verib.

Məlumata görə, yanğının qarşısının alınması üçün bir neçə kəndin əhalisi təxliyə edilib.

Kuvara ərazisində baş verən yanğınla əlaqədar Laqonisi, Saronida və Anavyssos yerli kəndlərinin sakinlərinin təxliyəsi qərara alınıb. İnsanlar hələlik Palia Fokea bölgəsindəki çimərliyə köçməyə dəvət olunur. Yanğınsöndürmə Xidmətinin mətbuat katibi Yannis Artopios, təxliyyənin profilaktik məqsədlər üçün həyata keçirildiyini bildirib.

“Bütün mülki müdafiə qüvvələri dərhal səfərbər olub. Attikanın yanğınsöndürmə xidmətlərinin şəxsi heyəti ümumi döyüş hazırlığı vəziyyətinə gətirilib”, – deyə Artopios bildirib.

Qeyd edək ki, Korinf körfəzi sahilində yerləşən Lutraki şəhəri yaxınlığında da dağda güclü meşə yanğını baş verib. Profilaktika məqsədilə Kaliteya, Pevkias, İrini rayonlarından, həmçinin uşaq düşərgəsindən sakinlərin təxliyyəsinə başlanılıb.

Bundan başqa, meşə yanğınları Boeotia bölgəsində (Yunanıstanın mərkəzi), Saloniki yaxınlığında və ölkənin digər bölgələrində baş verib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir