Dünya

Cənubi Koreyada faciə: Onlarla nəqliyyat vasitəsi yeraltı tuneldə su altında qaldı – FOTO/VİDEO

Sharing is caring!


Cənubi Koreyada güclü yağışlardan sonra irimiqyaslı daşqınlar başlayıb.

Daşqınlar 39 nəfərin həyatına son qoyub.

Ölkənin mərkəzi və cənub rayonlarına düşən yağıntı faciəyə səbəb olub. Mərkəzi Çxondju şəhərində yeraltı tuneli su basıb. Nəticədə ondan çox avtomobil və avtobus su altında qalıb, azı 12 nəfər həyatını itirib. 

Həmçinin dağ sürüşməsinin tunelin üzərinə düşdüyü faciəvi anların videogörüntüsü yayılıb. 

Cənubi Koreya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə daxilində 9 nəfər itkin düşüb və 34 nəfər yaralanıb.

Zərərçəkmiş ərazilərdə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Yoldan müntəzəm istifadə edən bəzi sürücülər hökuməti daşqın proqnozlarına baxmayaraq tunelə girişi qadağan etməməkdə ittiham ediblər.

Mənbə: “Reuters”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir