Dünya

İranda Məhsa Əmininin anım günü ərəfəsində hökumət etirazçılara təzyiqləri artıb – FOTO

Sharing is caring!


İranda Məhsa Əmininin anım günü ərəfəsində hökumətin etirazçılara təzyiqləri artırıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı “Hengaw” İnsan Haqları Təşkilatına istinadla xəbər yayıb.

Bildirilir ki, Qərbi Azərbaycan əyalətinin Bəykəndi (Bukan) şəhərində daha öncə Məhsa Əmininin (ötən il “Əxlaq” polisi tərəfindən hicab bəhanəsi ilə öldürülən 22 yaşlı gənc qız) ailəsinə dəstək məqsədli bəyanat dərc etmiş 56 vəkil məhkəməyə çağırılıb.

Onların beş gün ərzində Bukan şəhər İnqilab Məhkəməsinə gedib izahat vermələri tələb olunub.

Qeyd edək ki, həmin vəkillər ötən ilin sentyabr ayından Məhsa Əmininin ailəsinə dəstək olduqları səbəbi ilə hökumətin təzyiqlərinə məruz qaldıqlarını bildiriblər və bu təqibləri pisləyiblər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir