Dünya

Peskov: “Kreml Türkiyənin NATO üzvü kimi üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunu anlayır”

Sharing is caring!


“Rusiya Ankara ilə müəyyən məsələlərdə ziddiyyətlərə baxmayaraq, Türkiyə ilə münasibətləri inkişaf etdirmək niyyətindədir”.

Bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O, İsveçin NATO-ya daxil olmasına münasibət bildirib və bunun mənfi nəticələrə səbəb olacağını deyib.

Bununla belə, Peskov qeyd edib ki, Kreml Türkiyənin NATO üzvü kimi üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunu anlayır və İsveçin Şimali Atlantika Alyansına daxil olmasını dəstəkləyir.

“Türkiyə Şimali Atlantika Alyansının üzvüdür. Türkiyənin öhdəlikləri var və buna sadiqdir. Bu, bizim üçün heç vaxt sirr olmayıb, bu baxımdan heç vaxt çəhrayı eynək taxmamışıq. Biz buna belə yanaşırıq. Bu, tarixin bir hissəsidir”, – deyə o vurğulayıb.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir