Dünya

“Yuventus”un sabiq prezidentinə daha bir cəza verildi

Sharing is caring!


“Yuventus”un sabiq prezidenti Andrea Anelli daha 16 ay futboldan uzaqlaşdırılıb.

Məhkəmə bu qərarı onun klub futbolçularının maaşlarıyla saxtakarlıq etməsi üzrə işlə bağlı verib.

Məlumata görə, İtaliya Futbol Federasiyasını (FIGC) təmsil edən prokuror məhkəmədə “Qoca sinyora”nın keçmiş prezidentinin 20 ay müddətinə futboldan uzaqlaşdırılmasını tələb edib.

Bildirilir ki, menecer həm də 60 min avro cərimə ödəməli olacaq.

Xatırladaq ki, daha əvvəl “Yuve”nin eks-prezidenti 2 il müddətinə şişirdilmiş kapital qazancına görə futboldan uzaqlaşdırılmışdı.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir