Dünya

Ukrayna ordusu Baxmut istiqamətində strateji yüksəklikləri ələ keçirdi – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Zaporojye, Xerson və Dnepropetrovsk vilayətində vəziyyət olduqca gərgindir.

“Rusiya ordusu Zaporojyedə gedən döyüşlərdə Avropada istifadəsi qadağan olunan “Buratino” raketlərindən istifadə edir”, – deyə jurnalist əlavə edib.

Həmçinin bildirilib ki, Ukrayna ordusu Avdiyevka, Baxmut istiqamətində yenidən hücuma keçib. Baxmut şəhərinə daxil ola bilməsələr də, şəhərin ətrafındakı strateji yüksəklikləri tamamilə ələ keçiriblər.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir