Dünya

İspaniyada buğa qaçışları zamanı 15 nəfər xəsarət alıb

Sharing is caring!


İspaniyanın Pamplona əyalətində (Navarra muxtar bölgəsi) San Fermin festivalı çərçivəsində üç gün ərzində buğalarla qaçışa qatılan təxminən 15 nəfər xəsarət alıb.

Bu barədə Qırmızı Xaç Cəmiyyətinin regional bölməsi məlumat yayıb.

Navarranın himayədarı müqəddəs Ferminin şərəfinə keçirilən festival cümə axşamı Pamplonada başlayıb və bir həftə davam edəcək. Festival çərçivəsində hər gün buğa qaçışları (encierros) keçirilir ki, bu yarışlar zamanı yüzlərlə insan sərbəst buraxılan heyvanlar tərəfindən təqib edilərək bir neçə dəqiqə dar küçə ilə qaçır.

Yarışda həm yerli sakinlər, həm də turistlər iştirak edir. Festival zamanı yarış iştirakçılarının xəsarət alması halları hər il baş verir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir