Dünya

Hindistanda son 40 ildə ən güclü leysan: Ölənlər var

Sharing is caring!


Hindistanın paytaxtı Yeni Dehliyə 24 saat ərzində 153 mm yağış düşüb ki, bu da 1982-ci ildən bəri rekord göstəricidir.

Paytaxtda bir qadın mənzilinin tavanının uçması nəticəsində dünyasını dəyişib. Ölkənin şimalında yerləşən Racastan ştatında da leysan yağışları nəticəsində daha 4 nəfər ölüb.

Yeni Dehlidə güclü yağışlar tıxaclara səbəb olub. Hindistanın şimal-qərbində yolun bir hissəsinin çökdüyü magistralda 3 minə yaxın avtomobil qalıb.

Ölkənin cənubunda da leysan yağışları yağır, hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib.

Hindistan Meteorologiya Departamenti intensiv yağışların bir sıra ştat və ərazilərdə davam edəcəyini gözləyir.

Mənbə: kommersant.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir