Dünya

Özbəkistanda 54 nəfərin prezidentlik sevdası puç oldu

Sharing is caring!


“Özbəkistanda keçiriləcək növbədənkənar prezident seçkisində 58 namizəd iştirak etmək arzusunda olduğunu bildirib”.

“Report”un Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev mətbuat konfransında deyib.

MSK sədri yekunda dörd nəfərin namizədliyinin təsdiqləndiyini bildirib. Bunlar Özbəkistan Xalq Demokratik Partiyasından Uluqbek İlyasoviç İnoyatov, Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev, “Adolat” Sosial Demokrat Partiyasından Robaxon Anvarovna Mahmudova, Özbəkistan Ekologiya Partiyasından Abduşükür Həmzəyevdir.

MSK rəhbəri bildirib ki, seçkinin gedişini Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) və İslam Əməkdaşlıq Təşkilatından (İƏT) olan müşahidəçilər izləyəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir