Dünya

Ekspert Xaçikyan: “Rəsmi məlumatlarımıza görə, Ermənistanda narkotiklərdən istifadə 95% artıb”

Sharing is caring!


“Hamımız bilirik ki, Ermənistanı narkotik “epidemiyası” bürüyüb, onlar artıq məktəblərdə, universitetlərdə yayılır, hətta orduda, 16-17 yaşlı arasında da”.

Erməni mənbələrinin məlumatına görə, bunu yerli jurnalistlərə müsahibəsində ekspert Artur Xaçikyan deyib.

O, bunu millətin məhvinə səbəb ola biləcək böyük fəlakət adlandırıb.

“Gəncliyimiz məhv edilir, cəmiyyətimiz sözün əsl mənasında iflic vəziyyətinə düşüb”, – deyə o bildirib.

Artur Xaçikyan rəsmi məlumatlara əsaslanaraq, Ermənistanda narkotikdən istifadənin 95% artdığını bildirib.

“1 500-3 000 “Telegram” kanalı var ki, orada narkotik maddələr satılır”, – deyə Artur Xaçikyan sözlərini yekunlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir