Dünya

Qırğızıstanda bir terrorçuya görə bütün kənd mühasirəyə alındı: Ölən və yaralanan var – FOTO/VİDEO

Sharing is caring!


Qırğızıstanın Çuy vilayətinin Dmitriyevka kəndi bu səhəri atışmalarla açıb. Belə ki, qadın mədrəsəsində gizlənən silahlı dəstə ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma olub.

Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

“Atışma kənd şurasının binası ilə “Zülqərneyn” qadın mədrəsəsi arasında baş verib. Mədrəsənin tələbələri təhlükəsiz yerə təxliyə ediliblər, hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat aparırlar”, – deyə Qırğızıstan Müsəlmanları Ruhani İdarəsindən bildirilib.

Dmitriyevkanın Kant və Krasnaya Reçka kəndləri istiqamətində çıxışlar bağlanıb.

Əməliyyat zamanı terrorçu məhv edilib, hüquq-mühafizə orqanlarının iki əməkdaşı yaralanıb.

“Daha ətraflı məlumat sonra olacaq”, – deyə DİN-dən bildirilib.

O da məlum olub ki, məhv edilmiş terrorçu üç gün əvvəl Oşdan Dmitriyevka kəndinə gəlib.

Yerli sakinlərdən biri ona üç gün əvvəl mənzilini kirayə verdiyini bildirib.

“O, həyat yoldaşını gətirəcəyini və uzun müddət burada yaşayacağını dedi, amma pasportunu bizə göstərməyib. Biz onun kim olduğunu bilmirdik. İndi isə evimiz yandı”, – deyə kənd sakini bildirib.

Qeyd edək ki, bundan əvvəl Qırğızıstan Daxili İşlər Nazirliyi bir qadının da fotosunu yayaraq, Dmitriyevkada məhv edilən terrorçunun daxil olduğu cinayətkar qrupun üzvlərindən biri olduğunu bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 1987-ci il təvəllüdlü bu qadın Özbəkistan vətəndaşıdır və saxlanılanlardan birinin həyat yoldaşıdır.

Mənbə: Total.kz

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir