Dünya

Ərdoğan: “2002-ci ildən bəri biz xidmət, iş və qardaşlıq siyasəti ilə məşğuluq” – FOTO

Sharing is caring!


“Biz 21 ili hakimiyyətdə olmaqla 40 illik siyasi həyatımızda həmişə demokratiyanı, milli iradəni müdafiə etmişik. 1994-cü ildən bəri hansı haqsızlıqlara məruz qalmağımızdan asılı olmayaraq, hər zaman ədalətə riayət etdik, ədalətlə davrandıq”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində bildirib.

85 milyon insanın hamısını bağrına basdığını, heç kimi kənarda qoymadıqlarını bildirən dövlət başçısı vətəndaşların həyat tərzinə qarışmadıqlarını vurğulayıb.

“Təbii ki, biz bu mübarizədə çoxlu maneələrlə, təzyiqlərlə, təhdidlərlə, sui-qəsdlərlə, qarayaxma kampaniyaları ilə üzləşmişik. Demokratik hərəkətlərimizin qarşısı alınmağa çalışıldı, həyatımız çevriliş cəhdləri ilə hədəfə alındı. Amma biz dik durmaqla ölkəmizi 21 il əvvəlkindən daha azad, daha firavan, daha sülhsevər, iqtisadi cəhətdən daha güclü vəziyyətə gətirdik. 2002-ci ildən bəri biz ancaq xidmət, iş və qardaşlıq siyasəti ilə məşğuluq. İnşallah, mayın 14-dən sonra da bütün Türkiyə üçün sevgi ilə işləməyə davam edəcəyik”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir