Dünya

“Arsenal”dan yeni transferlər üçün 170 milyon avro

Sharing is caring!


“Arsenal”ın yay transfer pəncərəsi üçün büdcəsi məlum olub.

Jurnalist Miqel Dileyninin yaydığı məlumata görə, London klubunun rəhbərliyi yeni oyunçuların alınmasına 170 milyon avro vəsait ayıracaq.

Yayda “topçular”ın əsas hədəfi “Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays olacaq. “Transfermarkt” portalına görə, 24 yaşlı futbolçunun dəyəri 80 milyon avrodur.

“Arsenal” İngiltərə Premyer Liqasında 34 turdan sonra 78 xalla ikinci pillədədir. Lider “Mançester Siti”dən iki xal geri qalan londonlular əsas rəqiblərindən bir oyun artıq keçiriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir