Dünya

Ərdoğan: “Dünənki tapança ilə mübarizə hazırda “Kızılelma”, “Altay” və “Akıncı” ilə davam edir”

Sharing is caring!


Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İzmir mitinqində vətəndaşlara müraciət edib.

O, səhhətilə bağlı açıqlama verib.

“Bir neçə gün həkim məsləhəti ilə şəhər proqramlarına qatıla bilmədim. Amma bu gün Ankaradan canlı bağlantı ilə qatıldığımız proqramlar var idi, günorta İstanbulda “TEKNOFEST”də gənclərimizlə görüşdük və tədbirlərimizə qayıtdıq. Bu gün Yeşilköydə 360 min insanla bir yerdə idik. Gənclər kiminlə, harada gəzməli olduqlarını çox yaxşı bilirdilər. Sonra nəfəsimizi İzmirdə aldıq”, – deyə dövlət başçısı bildirib.

O, qeyd edib ki, dünən tapança ilə aparılan mübarizə hazırda “Kızılelma”, “Altay” və “Akıncı” ilə davam edir.

“Hasan Tahsinin dünən tapança ilə apardığı mübarizə bu gün də “Kızılelma”, “Atak”, “Altay” və “Akıncı” ilə davam edir. Keçən həftə “TCG Anadolu” Alsancak limanına gəldi. Qurtuluş və quruluş şəhəri İzmir indi Türk Əsrinə hazırlaşır”, – Ərdoğan bəyan edib.

O, qeyd edib ki, ölkəsinin terrorla mübarizəsi sonadək davam edəcək.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir