Dünya

Çin ABŞ-yə göndərdiyi “dostluq elçisi”ni geri qaytarır – FOTO

Sharing is caring!


Çin ABŞ-yə yolladığı nəhəng “Ya Ya” pandasını geri qaytarır.

Bu barədə Çinin Meşə və Çöl İqtisadiyyatı Dövlət Administrasiyası xəbər yayıb.

Bildirilir ki, panda yaxın günlərdə ABŞ-nin Tennessi ştatının Memfis Zooparkından Çinə aparılacaq.

“Ya Ya” 2000-ci ildə Pekin Zooparkında dünyaya  gəlib. 2003-cü ildə o, “dostluq elçisi” kimi 10 il müddətinə Memfisdəki Zooparka göndərilib. 2013-cü ildə müqavilənin müddəti eyni müddətə uzadılıb. Ancaq cari ilin fevral ayında heyvanın sağlamlığını yoxlamaq üçün Memfis Zooparkına baş çəkən çinli mütəxəssislər qrupu “Ya Ya”nın dəri xəstəliyinə tutulduğunu aşkar edib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir