Dünya

Soylu: “Türkiyənin infrastrukturunun gücünü görən dünya təşvişə düşüb”

Sharing is caring!


“Son 300 ildə ilk dəfədir ki, bu torpaqlar bərpa olunur. İlk dəfə yüksəkliyə doğru sürət yığmağa başladıq. Ancaq Türkiyə yüksəldikcə dalğalar daha şiddətlə vurmağa başladı”.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Haber Global”a müsahibəsində bəyan edib.

Nazirin sözlərinə görə, cümhuriyyəti qurduqdan sonra sanki bir slaloma daxil olublar.

“Düşmənlərin ilk cəhdi “Gezi” hadisələri oldu. İkinci cəhd dekabrın 17-25-i yaşandı. Sonra 6-8 oktyabr hadisələri gəldi – bu, 80 il əvvəlki hadisələrin eynidir, lakin törəmələri dəyişib. 6-8 oktyabr hadisələri də dövlətin nüfuzuna hücum idi. 15 iyul hadisəsini yaşadıq. Bu, dalğanın gəminin uzunluğunu aşmış halı idi. 15 iyulu kim etdisə, “Gezi” hadisələrini də o təhrik etdi”.

Süleyman Soylu Türkiyənin müstəqilliyini genişləndirdikcə “dalğa”ların daha da sərtləşdiyini vurğulayıb:

“Onlar bu iqlimi çox pozublar. Burada kimlərsə kürd, ələvilik məsələlərindən sui-istifadə etməyə çalışırlar. Yəni burada zəmin hazırlayıblar. Mən bunu qırılma xətti adlandırıram”.

DİN rəhbərinin sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunun üçün 2002-ci ildə tədbirlər görüb.

“Rəcəb Tayyib Ərdoğan Türkiyənin ümid belə etmədiyi bir çox addımlar atdı. Türkiyənin infrastrukturunun gücünü, qapalı Maraşın açıq Maraşa çevrildiyini görən dünya təşvişə düşüb”, – deyə Süleyman Soylu sözlərini yekunlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir