Dünya

Sudanda vətəndaş müharibəsi nəticəsində xəstəxanalar fəaliyyətini dayandırıb

Sharing is caring!


Sudan ordusunun bölmələri ilə xüsusi təyinatlılar arasında davam edən silahlı toqquşmaların nəticəsində ölkə ərazisində azı 39 xəstəxana fəaliyyətini dayandırıb.

Məlumatı Sudan həkimlərinin həmkarlar ittifaqı yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, ölkənin bəzi xəstəxanalarında yaralıların müalicəsi üçün vacib tibbi ləvazimatlar, qan, dərmanlar və sair vasitələr tükənmək üzrədir.

Əlavə edək ki, Sudanın bir sıra əyalətlərində hazırda da toqquşmalar və atışmalar davam edir. Ordu ilə xüsusi təyinatlı qüvvələrin arasında baş verən qarşıdurmalarda 185 nəfərin həyatını itirdiyini, 1 800-dən çox mülki vətəndaş və hərbçinin yaralandığı bildirilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir