Dünya

İstanbulda metroda həyəcanlı anlar: Hərəkət dayandırıldı – FOTO

Sharing is caring!


Türkiyənin İstanbul şəhərində Kirazlı-Yenikapı xəttinin Menderes dayanacağında stansiyaya yaxınlaşan vaqondan qalxan tüstü panikaya səbəb olub.

Dayanacaqda fövqəladə həyəcan siqnalları səslənib, hərəkət bir müddət dayandırılıb.

Dayanacağa yaxınlaşan vaqonun altından tüstü qalxıb. Sərnişinlər dərhal təxliyə ediliblər.

Tüstüyə yanğınsöndürən balonla müdaxilə edilib. Bir müddət sonra hərəkət normal rejimlə davam edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir