Dünya

Komanda yoldaşını vuran Manenin cəzası bəlli oldu – YENİLƏNİB

Sharing is caring!


“Bayern”in seneqallı hücumçusu Sadio Mane Almaniya çempionatının 28-ci turunda, aprelin 15-də “Hoffenhaym”la keçiriləcək ev matçında heyətdə yer almayacaq.

Bu barədə cümə axşamı “Bayern”in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qərara Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” ilə səfər oyunundan (0:3) sonra Manenin nalayiq hərəkətləri səbəb olub.

Həmçinin, futbolçunun cərimələnəcəyi də bildirilib. Mümkün cərimənin məbləği açıqlanmayıb.

18:04

Komanda yoldaşı Leroy Sane ilə dalaşan Sadio Mane “Bavariya”nı tərk edə bilər.

Münhen klubunun rəhbərliyi seneqallı futbolçunun davranışından razı deyil. Bu səbəbdən mövsümün sonunda vingerin komandadan göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə ilk oyunundan (0:3) sonra Sadio Mane ilə Leroy Sane arasında mübahisə yaranıb. Seneqal millisinin üzvü komanda yoldaşını yumruqla vurub.

Mənbə: sport-express.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir