Dünya

Nyu-Yorkda polisləri robotlar əvəzləyəcək – FOTO/VİDEO

Sharing is caring!


Nyu-Yorkda polislər küçələrdə patrulluq etmək üçün “Digidog” robotlarından istifadə etməyə başlayıblar.

“Boston Dynamic” şirkətinin yeni qurğuları “Tayms” meydanında keçirilən mətbuat konfransında təqdim edilib. Şəhərin ilk robot polis iti 2020-ci ildə keçmiş mer Bill de Blasio tərəfindən icarəyə götürülüb.

Nyu-Yorkun hazırkı rəhbəri Erik Adams, tənqidçilərə qulaq asmayacağına və sələfi kimi robot itdən əl çəkməyəcəyinə əmin edib.

Adams bildirib ki, uzaqdan idarə olunan 32 kiloqramlıq “Digidog” girov götürmə vəziyyətləri kimi təhlükəli hallarda istifadə olunacaq.

“Əgər binada silahlı şübhəli, həmçinin girovlar varsa, o zaman ora polis göndərmək əvəzinə “Digidog”u göndərəcəyik”, – deyə o vurğulayıb.

Mənbə: Associated Press

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir