Dünya

Belqorod beynəlxalq hava limanının hasarına partlayıcısı olan dron çırpıldı – FOTO

Sharing is caring!


Üzərində partlayıcı qurğu olan dron Rusiyanın Belqorod beynəlxalq hava limanının hasarına çırpılıb. Zərbə zamanı qurğu partlayıb.

Təyyarə tipli pilotsuz uçuş aparatı V.G.Şuxov adına Belqorod hava limanının hasarını uçurub.

Partlayış nəticəsində ölən və xəsarət alan yoxdur, siqnal kabeli və hasar zədələnib.

Ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.

Ukrayna ilə sərhəddən 35 kilometr aralıda yerləşən hava limanı normal rejimdə işləyir.

Mənbə: “SHOT” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir