Dünya

“İnter” “Benfika”dan güclü oldu, “Mançester Siti” “Bavariya”ya böyük hesabla qalib gəldi – VİDEO

Sharing is caring!


UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Gecənin ən maraqla gözlənilən matçı İngiltərədə keçirilib. “Mançester Siti” öz meydanında Almaniya “Bavariya”sı ilə münasibətlərinə aydınlıq gətirib. Matç “şəhərlilər”in böyükhesablı qələbəsi ilə başa çatıb. Rodrinin uzaq məsafədən gözəl zərbə ilə hesabı açdığı matçda İngiltərə təmsilçisinin digər qollarını Bernardu Silva və Erlinq Holand vurublar.

Digər görüş isə Portuqaliyada olub. Lissabonda “Benfika” İtaliyanın “İnter” klubu ilə qarşılaşıb. Matç “nerazzuri”nin “quru” hesablı qələbəsi ilə başa çatıb – 2:0. “İnter”in qollarını Nikolo Barella və penaltidən Romelu Lukaku vurublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir