Dünya

Fransada çökən binanın altından altı cəsəd tapıldı – YENİLƏNİB

Sharing is caring!


Yanğınsöndürənlər şənbədən bazar gününə keçən gecə Marseldə çökən binanın dağıntıları altından altıncı qurbanın cəsədini çıxarıblar.

Məlumata görə, daha iki nəfərin axtarışları davam edir.

İnsidentin səbəbi hələ müəyyən edilməyib, lakin prioritet versiya qaz partlayışıdır. Belə ki, hadisə yerində baş verən yanğın xilasedicilərin işini çətinləşdirib. Hadisədən sonra qonşu binaların 200-ə yaxın sakini təxliyə edilib. Hazırda xilasedicilər dağılmış tikilinin yanında yerləşən onlarla binanın etibarlılığını yoxlayırlar.

09:24

Fransanın Marsel şəhərində yaşayış binasının uçmasından sonra aparılan xilasetmə əməliyyatları zamanı iki meyit tapılıb.

Daha əvvəl Fransanın daxili işlər naziri Gerald Darmanen altı yaralı barədə məlumat verərək, dağıntılar altında 4-10 nəfərin qala biləcəyini bildirib.

Marseldə yaşayış binasının uçmasına səbəb olan partlayışın səbəbləri hələ müəyyən edilməyib. Bina qəzalı kimi qeydə alınmayıb və son vaxtlar onun vəziyyəti ilə bağlı sakinlərdən heç bir şikayət daxil olmayıb.

Mənbə: BFM

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir