Dünya

Dövlət Baxçalı: “Qarşıdakı əsri türk və Türkiyə əsri edəcəyik”

Sharing is caring!


Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Ülkü Ocaqları iftar proqramında açıqlamalar verib. O, gələcək əsri türklərin və Türkiyənin əsri edəcəklərini deyib.

“Bizdə olmayacaq tək xüsusiyyət təslim olmaqdır. Yeni əsr və yeni Türkiyə arzularımızı gerçəkləşdirəcək. Qlobal müstəvidə demoqrafik, iqtisadi, ekoloji, siyasi və etik müzakirələrin gücləndiyi bir zamanda türklüyümüzün, inancımızın birləşdirici gücünü ortaya qoya bilərik. Kökümüzə və özümüzə dönərək, gələcək yüz ili türk və Türkiyə əsri edəcəyik. Atalarımızın istədiyi də budur”, – siyasətçi bildirib.

O, bu ideya uğrunda şəhid olanları rəhmət və minnətdarlıqla xatırladığını vurğulayıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir