Dünya

NATO-nun hərbi-dəniz qrupunun gəmiləri Tallin limanına daxil oldu

Sharing is caring!


NATO-nun 1-ci daimi dəniz qrupunun gəmiləri Tallin dəniz limanına daxil olub.

Bu barədə yerli KİV xəbər verib.

Bildirilib ki, Almaniyaya Hərbi Dəniz Qüvvələrinin “Brandenburg Mecklenburg-Vorpommern” gəmisi və “Karel Doorman Bartolomeu Dias” freqatı hazırda Köhnə Limandadır.

Qrupa rəhbərlik edən kontr-admiral Torsten Marks qeyd edib ki, bu səfər NATO-nun lazım gələrsə, alyansın hər bir üzvünü qorumaq üçün tez və effektiv cavab verməyə hazır olduğuna işarədir.

NATO-nun daimi hərbi dəniz qrupları həm müharibə, həm də sülh dövründə əməliyyatlar aparmağa qadir olan yüksək hazırlıqlı birləşmələrdir.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir