Dünya

Daha bir siyasətçi ABŞ prezidentliyinə namizədliyini açıqladı

Sharing is caring!


Arkanzas ştatının keçmiş qubernatoru Asa Hatçinson 2024-cü ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

Bu barədə o, “ABC News”a müsahibəsində bəyan edib.

“Mən qərar verdim və qərarım odur ki, ABŞ prezidentliyinə namizədliyimi irəli sürmək istəyirəm”, – deyən siyasətçi rəsmi açıqlamanın aprel ayında veriləcəyini bildirib.

Hatçinson həmçinin hesab edir ki, hakimiyyət Trampa qarşı cinayət ittihamı irəli sürmək niyyətində olduqdan sonra keçmiş dövlət başçısı prezidentlik yarışından öz namizədliyini geri götürsə daha yaxşı olar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir