Dünya

Nusret Gökçe AFAD-ın hesabına külli miqdarda pul köçürdü

Sharing is caring!


Dünyaca məşhur restoranlar şəbəkəsinin sahibi Nusret Gökçe Kahramanmaraşda baş verən zəlzələlərdən sonra verdiyi sözə əməl edib.

Nusret AFAD vasitəsilə zəlzələ bölgəsinə 25 milyon türk lirəsi yardım göndərib.

O, zəlzələnin ilk günündən zəlzələ qurbanlarının yanında olub, fəlakət bölgəsinə onlarla yük maşını göndərib, hər gün səyyar maşın vasitəsilə 5 min insana yemək paylayıb.

“Birlik və bərabərlik zamanıdır. Dövlət və millət əl-ələdir”, – deyə Nüsret bildirib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir