Dünya

Ronaldunun “Mançester Yunayted”in kapitanı olmaq istəyi rədd edilib

Sharing is caring!


Kriştianu Ronaldu Hari Maquayrın əvəzinə “Mançester Yunayted”in kapitanı olmaq istəyib.

Portuqaliyalı futbolçu bununla bağlı “qırmızı şeytanlar”ın sabiq müvəqqəti çalışdırıcısı Ralf Ranqnikə bildirib. Ule Qunnar Sulşerin əvəzinə bu posta gətirilən almaniyalı ilə danışan ulduz hücumçu komandanın kapitanlıq sarğısının ona həvalə edilməsini istəyib. Ancaq Ranqnik bu təklifi qəbul etməyib.

Ronaldu ötən ilin sonlarında Pirs Morqana verdiyi qalmaqallı müsahibədə alman çalışdırıcı barədə də sərt fikirlər səsləndirib. Bundan sonra “Mançester Yunayted”i tərk edən 38 yaşlı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib.

Ralf Ranqnik hazırda Avstriya millisini çalışdırır. “Mançester Yunayted” keçən ilin yayında Erik ten Haqa həvalə edilib.

Mənbə: ESPN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir