Dünya

Nazarbayevin keçmiş qudası üçün səkkiz il həbs istənildi

Sharing is caring!


Qazaxıstanda prokurorluq respublikanın birinci prezidenti Nursultan Nazarbayevin keçmiş qudası, biznesmen Kayrat Boranbayevin əmlakı müsadirə olunmaqla səkkiz il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

O, qaz sektorunda külli miqdarda mənimsəmədə ittiham olunur.

Nazarbayevin keçmiş qudasının işi üzrə məhkəmə ötən ilin dekabrından başlayıb.

Boranbayev “Qazaq Gaz” milli şirkətindən 14,5 milyard tenge (53 milyon manatdan çox) məbləğində vəsaiti mənimsəməkdə şübhəli bilinir.

Mənbə: Tengri News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir