Dünya

Azarkeşlərdən etiraz aksiyası: “Barselona”nın aşağı liqaya salınmasını istəyirlər

Sharing is caring!

İspaniya La Liqasının XXV turunda “Barselona” ilə ev oyununda “Atletik” azarkeşləri rəqibə etiraz ediblər.

Xəbərə görə, bilbaolular meydana üzərində “Mafiya” yazılmış saxta əsginaslar atıblar. Onlar, həmçinin matç zamanı “Barselona”nın hakimlərə rüşvət verməsi iddialarına görə aşağı liqaya getməli olduğu ilə bağlı şüarlar səsləndiriblər.

Martın 10-da İspaniya prokurorluğu “Barselona”ya qarşı klub tərəfindən yerli hakimlər komitəsinin keçmiş vitse-prezidenti Enrike Neqreyraya 7,3 milyon avro ödəməsi ilə bağlı ittiham irəli sürüb.

Mənbə: “Cope”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir