Dünya

Rusiyada 25 avtomobil toqquşdu: Çox sayda yaralı var – FOTO/VİDEO

Sharing is caring!

Saratov yaxınlığında kütləvi avtomobil qəzası baş verib.

Magistral yolda 25 avtomobil toqquşub. Qəzaya pis hava şəraiti və yolun buz bağlaması səbəb olub.

Məlumata görə, qəza nəticəsində 15 nəfər xəsarət alıb. Xəsarət alan yeniyetmələrdən biri kəllə-beyin travması ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Daha iki nəfərin xəstəxanaya aparıldığı bildirilib. Zərərçəkənlərin qalan hissəsində nisbətən yüngül zədələr qeydə alınıb.

R-228 magistralının hadisə baş verən hissəsində bütün avtomobillərin hərəkəti dayandırılıb.

Mənbə: tvc.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir