Dünya

Latviya prezidenti: “Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır”

Sharing is caring!

“Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Biz Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişafında çox maraqlıyıq”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Latviya Prezidenti Egils Levits bildirib.

O qeyd edib ki, bir gün qabaq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, Ukraynadakı vəziyyət və Azərbaycanla Aİ arasında münasibətlər müzakirə olunub.

“Azərbaycan xüsusilə enerji təchizatı baxımından Aİ-nin etibarlı tərəfdaşıdır. Biz Rusiyadan təbii qaz idxalını dayandırdığımız üçün Aİ yeni tədarükçülər axtarır. Bu baxımdan Azərbaycan Aİ üçün enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşdır. Biz Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişafında çox maraqlıyıq”, – Latviya dövlət başçısı vurğulayıb.

O, həmçinin Bakı ilə Riqa arasında ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu əlavə edib:

“Son illər bununla bağlı müsbət tendensiya var və biz bu istiqamətdə davam edəcəyik. Latviyanın informasiya texnologiyaları sahəsi çox inkişaf edib və Azərbaycanın bərpa olunan enerji sahəsində yaxşı potensialı var. Biz elm və təhsil sahəsində əməkdaşlığın inkişafı üçün də potensial görürük”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir