Dünya

Rusiya ordusu tərəfindən naməlum istiqamətə aparılan 200 nəfərin arasında azərbaycanlılar da var? – AÇIQLAMA

Sharing is caring!

Ukraynada davam edən müharibə fonunda bölgədən yeni məlumatlar gəlməkdədir.

Belə ki, Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov Oxu.Az-a bildirib ki, Dneprin sol sahilində yerləşən qəsəbələrdən birinin 200 sakininin Rusiya ordusu tərəfindən naməlum istiqamətə aparılıb.

Jurnalistin məlumatına görə, Xersonda yaşayan həmyerlilərimiz aparılanların arasında azərbaycanlıların da olduğunu söyləyiblər.

Azərbaycanın Ukraynada fəaliyyət göstərən Konsulluğundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ artıq nəzarətə götürülüb.

“Həmin qəsəbədə yaşayan və Ukrayna vətəndaşı olan sakinlərin milliyyəti haqqında məlumat yoxdur. Biz bununla bağlı Ukrayna təhlükəsizlik orqanlarına rəsmi müraciət ünvanladıq. Əgər həqiqətən aparılanlar arasında azərbaycanlılar varsa, bu haqda məlumat veriləcək”, – deyə konsulluqdan bildirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən isə verilən informasiyaya görə, Ukrayna tərəfində və Azərbaycan səfirliyində belə bir məlumat hələlik yoxdur:

“Həqiqətən də, çox sayda insanın naməlum istiqamətə aparıldığı barədə məlumatlar var. Lakin onların arasında azərbaycanlıların olub-olmadığını öyrənmək çox çətin məsələdir. Əgər xəbərin dəqiq mənbəyi bizə də bəlli olsa, araşdırmaq daha asan olar. Qeyd etdiyimiz kimi, rusiyalıların nəzarəti ələ aldıqları yerlərdən sakinləri köçürdükləri barədə ümumi məlumat var, amma aralarında soydaşlarımız var, ya yoxdur, bunu dəqiqləşdirmək elə də asan deyil. İstənilən halda, araşdırma aparılır və hər hansı məlumat olarsa, bu barədə açıqlama veriləcək”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir