Dünya

Türkiyəli geofizik: “Kahramanmaraşdakı zəlzələnin dalğası 50 saniyə sonra İskenderun və Hataya çatıb” – FOTO

Sharing is caring!

“Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələ üç qırılma xətti seqmentində meydana gəlib və dağıdıcı təsiri təxminən 50 saniyə sonra İskenderun və Hatay ətrafında böyük enerji boşalmalarına səbəb olub”.

Bu barədə türkiyəli geofizika mühəndisi Serkan İrmak bildirib.

Bir qrup türkiyəli mütəxəssis zəlzələnin xarakterik xüsusiyyətlərini araşdırıb. Onlardan biri olan Serkan İrmak qeyd edib ki, zəlzələ ilk təsirindən qısa müddət sonra şimal-şərq və cənub-qərbə doğru hərəkət edib və 50 saniyə sonra müxtəlif vilayətlərdə dağıdıcı təsir göstərib.

“Maraqlı xüsusiyyətlərdən biri odur ki, parçalanan qırılma xətti o qədər uzundur ki, parçalanma başlayandan təxminən 50 saniyə sonra İskenderun və Hatay ətrafında böyük enerji boşalmalarını görürük. Yəni bu, dağıdıcı dalğaların, əslində, 50 saniyədən sonra oraya çatdığını göstərir. Əgər bölgədə effektiv erkən xəbərdarlıq sistemi olsaydı, bəlkə də, insanlara 30-40 saniyə vaxt qazandırardı”, – deyə o qeyd edib.

“Erkən xəbərdarlıq siqnalı zəlzələdən sonra gələn siqnaldır, əvvəlcədən təyin edən siqnal deyil. Bu siqnal sayəsində zəlzələ baş verdikdən sonra dağıdıcı dalğaların sizə neçə saniyədən sonra çatacağını öyrənmək şansınız var.

Gözlənilən Mərmərə zəlzələsində belə böyük zamanın olacağını və ya erkən xəbərdarlıq sisteminin 50 saniyəyə çatacağını düşünmürəm. Daha qısa olacaq, amma bu, insanlarda bədbinlik yaratmasın. Zənnimcə, qısa zaman belə böyük əhəmiyyət kəsb edir. Zəlzələdən sonra baş verə biləcək ikinci dərəcəli fəlakətlərin qarşısını almaq üçün mühüm sənaye obyektlərindən, metro xətləri, sürətli qatar kimi nəqliyyat vasitələrindən qısa müddətdə istifadə edilməsi mümkündür”, – deyə Serkan İrmak əlavə edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir