Dünya

Gürcüstanda zəlzələ baş verib

Sharing is caring!

Gürcüstanda 4,2 bal gücündə zəlzələ baş verib.

Zəlzələ ocağı Tbilisidən 62 km məsafədə – Dmanisi şəhərində yerləşib.

Ölənlər və dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanlar Tbilisinin bəzi rayonlarında hiss olunub.

Gürcüstanda sonuncu dəfə fevralın 21-də Ozurqeti şəhərində 3 bal gücündə zəlzələ qeydə alınıb.

Gürcüstan orta seysmik aktivliyə malik ölkədir. Gürcüstanda qeydə alınan ən güclü zəlzələ 7 bal gücündə 1991-ci ildə Raça və İmereti (Qərbi Gürcüstan) bölgələrində baş verib.

Mənbə: Sputnik Gürcüstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir