Dünya

Dünya Bankı Türkiyədə zəlzələlərin vurduğu ziyanı qiymətləndirib

Sharing is caring!

Dünya Bankı (DB) fevralın 6-da baş verən zəlzələlərin Türkiyə iqtisadiyyatına vurduğu zərəri 34,2 milyard dollar qiymətləndirib. Lakin bu məbləğ davam edən afterşoklar səbəbindən arta bilər.

Bu barədə bazar ertəsi qurumun mətbuat xidmətinin yaydığı press-relizdə deyilir.

Bildirilir ki, fevralın 6-da baş verən iki çox güclü zəlzələ Türkiyəyə 34,2 milyard dollarlıq birbaşa fiziki ziyan vurub ki, bu da 2021-ci ildə ölkənin ÜDM-nin 4%-nə bərabərdir.

Qeyd olunub ki, fəlakətin nəticələrinin aradan qaldırılması isə Türkiyəyə daha da baha başa gələ bilər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir