Dünya

Messi PSJ-nin məşqində komanda yoldaşı ilə əlbəyaxa olub

Sharing is caring!

PSJ-nin məşqində xoşagəlməz hadisə baş verib.

Hazırlıq proessində Fransa klubunun iki üzvü əlbəyaxa olub. Söhbət argentinalı hücumçu Lionel Messi və portuqaliyalı yarımmüdafiəçi Joau Vitinyadan gedir.

Qarşıdurmaya epizodların birində Vitinyanın Messiyə qarşı kobud oynaması səbəb olub. Argentinalı ulduz komanda yoldaşının bu hərəkətinə sərt reaksiya verib. Bundan sonra ara qarışıb. Hətta Vitinya Messini vurmağa cəhd edib.

Komanda üzvlərinin əksəriyyəti argentinalının tərəfini saxlayıb.

Mənbə: “L’Equipe”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir