Dünya

Gürcüstan prezidenti Ukraynaya dəvət olunmamasından inciyib

Sharing is caring!

Gürcüstan Prezidenti Salome Zurabişvili Ukraynada müharibənin başlamasının ildönümünə həsr olunmuş tədbirə getməməsini şərh edib.

Dövlət başçısının sözlərinə görə o, bu görüşün iştirakçıları arasında olmaq istəsə də, Kiyevə səfəri üçün Ukrayna hakimiyyətindən dəvət almayıb.

“Gürcüstan prezidenti şübhəsiz ki, bu gün Kiyevdə olmalı idi və vaxtında mən buna hazır olduğumu bildirmişdim. Təəssüf ki, dəvət almadım”, – deyə Zurabişvili bu məqsədlə Tbilisidə keçirilən mitinqdə bəyan edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir