Dünya

Avropanın hüquq-müdafiə təşkilatlarının üzvləri Xocalıdakı soyqırımı yerinə yürüş edəcəklər

Sharing is caring!

“Xocalı: Barışıq üçün etiraf et” beynəlxalq koalisiyasının nümayəndələri Qarabağda “Sülhə çağırış” tədbirini keçirmək üçün Azərbaycana gəliblər.

Oxu.Az xəbər verir ki, Avropanın hüquq-müdafiə təşkilatları və fəallarından ibarət  olan koalisiyanın nümayəndələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinə qarşı törətdiyi soyqırım yerinə yürüş edəcəklər.

Qeyd edək ki, bu il XX əsrin faciəsi adlandırılan Xocalı soyqırımından 31 il ötür.

Erməni vandallarının 31 il əvvəl Azərbaycan xalqına, günahsız, əliyalın insanlarımıza qarşı törətdikləri insanlığa sığmayan bu qatı cinayət əməlinin qurbanlarının xatirəsi uzun illərdir ki, xalqımız tərəfindən dərin hüznlə anılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir