Dünya

Yeni Zelandiyada tropik siklonda onlarla şəxs itkin düşüb

Sharing is caring!

Yeni Zelandiyada “Qabriel” tropik siklonunun yaratdığı tufan və daşqınlar zamanı itkin düşən 23 nəfər tapılmayıb.

Bu barədə yerli polis məlumat yayıb.

“İtkin düşmüş 23 nəfərlə əlaqə yaratmaq polis üçün prioritet vəzifə olaraq qalır və biz bir sıra müxtəlif üsullardan istifadə etməklə mümkün qədər tez işləyirik”, – deyə məlumatda bildirilib.

Yeni Zelandiyanın Şimal adasını vuran “Qabriel” onun mərkəzi və cənub-şərq bölgələrində irimiqyaslı daşqınlara və sürüşmələrə səbəb olub. 11 nəfər həlak olub, daha 23 nəfər itkin düşüb. Su basmış yaşayış məntəqələrindən 10 mindən çox insan təxliyə edilib, bəzi yaşayış məntəqələri su təchizatından kəsilib, adanın 250 minə yaxın sakini bir neçə gün ərzində işıqsız və rabitəsiz qalıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir