Dünya

İranda hər dörd nəfərdən biri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır – FOTO

Sharing is caring!

İranda 19 700 000 əhalinin yaşadığı 200 bölgənin sakinləri yoxsulluqdan aşağı vəziyyətdə yaşayırlar.

Bu barədə “Azad İran” “Telegram” kanalı İran daxili işlər nazirinin müavini Əli Məhəmmədiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, həmin sakinlər üçün mənzil, sağlamlıq, gigiyena, məşğulluq, təhsil, təlim, qida və geyim, idman və başqa sahələrlə bağlı əsas tədbirlərin görülməsi zəruridir.

Qeyd edək ki, bir müddət öncə İranın Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi bildirib ki, ötən il ölkə əhalisinin təxminən 30 faizi, yəni 25 560 000 nəfər yoxsulluq həddində olub.

Bununla belə, “Tasnim” xəbər agentliyi bu statistikanı tənqid edərək bildirib ki, 2022-ci ildə yoxsulluq həddi açıqlanmasa da, ötən illə müqayisədə 2021-ci ildə xeyli yüksəlib.

Rəsmi statistikaya görə, 2019-ci ildə İranda adambaşına düşən gəlir 2010-cu illə müqayisədə 34 faizədək azalıb.

Xatırladaq ki, 2021-ci ilin məlumatına əsasən, İran əhalisinin sayı 87 920 000 nəfər olub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir