Dünya

Gözəgörünməz ev kirayəyə verilir – FOTO

Sharing is caring!

“Airbnb”də təbii mühitə qarışan bir evi kirayələmək mümkündür.

Ev İtaliyanın Bolzano şəhəri yaxınlığında yerləşir. Divarları dağların və alma bağlarının ətrafdakı mənzərəsini əks etdirən güzgülərdən ibarət olduğu üçün ev gözəgörünməz adlandırılıb.

Onun ön tərəfində şüşə qapıları var.

Bina iki mənzildən ibarətdir. Hər biri 45 kv.m olan mənzillərdə iki nəfərlik yataq otağı, vanna otağı, qonaq otağı, mətbəx və divan-çarpayı var. İnteryer ağ və ağac tonlarında müasir üslubda bəzədilib.

Evin üzgüçülük hovuzu da mövcuddur. Görünməz evin bir gecəlik kirayəsi 235 dollara başa gəlir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir