Dünya

Rusiya Jurnalistlər İttifaqının beynəlxalq federasiyaya üzvlüyü dayandırılıb

Sharing is caring!

Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) rəhbərliyi Rusiya Jurnalistlər İttifaqının (UJR) təşkilata üzvlüyünü dayandırıb.

Bunu çərşənbə günü birliyin sədri Vladimir Solovyov bildirib.

“IFJ-nin baş katibi Entoni Bellanqer mənə UJR üzvlüyünün dayandırıldığını bildirən məktub göndərib”, – deyə o, bəyan edib.

Xatırladaq ki, Beynəlxalq Jurnalistlər Federasiyası fevralın 22-də Rusiya Jurnalistlər İttifaqının üzvlüyünün dayandırılması məsələsinə baxıb. Təklif yekdilliklə qəbul edilib.

Qeyd olunur ki, fəaliyyətin dayandırılması son nəticədə üzv təşkilatın xaric edilməsinə səbəb ola bilər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir