Dünya

Vədinə xilaf çıxan İran prezidenti yenidən söz verdi – VİDEO

Sharing is caring!

İran prezidenti bu gün, fevralın 21-də parlamentdə çıxış edərək yenə valyuta və qızılın ucuzlaşacağı barədə söz verib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, rejimin başçısı İbrahim Rəisi 28 gün bundan əvvəl də parlamentdə çıxışı zamanı eyni vədi vermiş, ölkədə inflyasiyanın azaldılacağı, valyuta və qızıl məzənnəsinin aşağı salınacağı barədə bəyan etmişdi. Həmin vaxt dollar 40 min, qızıl sikkə isə 25 milyon tümən idi.

Bu gün ölkədə dolların məzənnəsi 50 min, qızıl sikkənin qiyməti isə 29,3 milyon tüməndir və o, yenə də eyni sözü verir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir