Dünya

Braziliyada təbii fəlakət binaları yerlə bir etdi: Onlarla qurban və itkin düşən var – FOTO/VİDEO

Sharing is caring!

Braziliyanın San-Paulu ştatında yağan güclü yağışlar nəticəsində azı 36 nəfər ölüb.

Bu barədə yerli hökumət orqanları xəbər verib.

Məlumata görə, ştatın sahil zonasında yağan anormal yağış dağıdıcı daşqınlara və torpaq sürüşməsinə, həmçinin binaların çökməsinə səbəb olub.

Onlarla insanın dağılmış yaşayış binalarının altında qaldığı vurğulanıb.

Təbii fəlakətdən əziyyət çəkən 5 bələdiyyədə fövqəladə vəziyyət elan edilib. Bir çox ərazilərdə su və elektrik enerjisi kəsilib, mobil rabitə işləmir. Fəsadlarla mübarizəyə 100-dən çox xilasedici cəlb olunub. Onlara kömək etmək üçün ordu aviasiyası göndəriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir