Dünya

Keçmiş iranlı deputat İbrahim Rəisinin Çinə səfəri barədə: “Çinli həmkarınıza bir xəbərdarlıq edin” – FOTO

Sharing is caring!

İran Prezidenti İbrahim Rəisi Pekində məsciddə namaz qılıb və dua edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Lakin uyğurların qətliamına səssiz qalması heç bir iddialı müsəlman ölkə başçısına yaraşmayan mövqe idi. Rəisinin uyğurların vəziyyəti ilə bağlı sükutu İranın bir çox tanınmış və vaxtilə vəzifədə olan şəxslərinin də tənqidlərinə səbəb olub. O cümlədən İran parlamentinin keçmiş deputatı, hüquqşünas və siyasətçi Mahmud Sadeqi özünün “Twitter” səhifəsində bu haqda fikirlərini paylaşıb.

“Kimin ağlına gələrdi ki, bir gün müsəlman balaları bu həddə çatacaq və məqsədlərinə nail olmaq üçün istənilən vasitəyə haqq qazandıracaqlar?!” – deyə o qeyd edib.

“Cənab Rəisi! İslam dünyasının öndər prezidenti! Məsləhət olarsa, çinli həmkarınıza uyğur müsəlmanlarına qarşı davranışı haqda bir xəbərdarlıq edin!” – deyə Mahmud Sadeqi növbəti “tweet”ində yazıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir